Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov şəhərdə aparılan abadlıq işlərinə mütəmadi baxış keçirir

15 iyul 2026 | 16:29

Məlum olduğu kimi, Gəncə Şəhər İcra Hakimiyyəti və “Bakı Abadlıq Xidməti” MMC tərəfindən şəhərin bir sıra çoxmənzilli yaşayış binalarının yerləşdiyi məhəllələrdə və parklarda “ABAD məhəllə” layihəsi çərçivəsində yenidənqurma işləri həyata keçirilir. Bu məqsədlə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov görülən işlərlə mütəmadi olaraq yerində tanış olur, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verir.

Bu gün şəhər rəhbəri Xan Bağında, C.Cabbarlı parkında və Cavadxan küçəsində aparılan təmir-bərpa və abadlıq işlərinə baxış keçirib.

Məlumat verilib ki, Xan Bağında yerləşən fəvvarələr mütəmadi olaraq təmizlənir, sanitar-gigiyenik normalara ciddi əməl olunur. Eyni zamanda, su hövzəsinin təmiri tam başa çatdırılıb, hovuz su ilə doldurularaq sakinlərin istifadəsinə verilib. Park ərazisindəki ağac və yaşıllıqlara da mütəmadi qulluq göstərilir, onların qorunması daim nəzarətdə saxlanılır.

Daha sonra Niyazi Bayramov Cavadxan küçəsində və Sahil parkında görülən işlərlə tanış olub. Bildirilib ki, ərazidə oturacaqların, işıqlandırma sistemlərinin, səki örtüklərinin və digər infrastruktur elementlərinin təmir-bərpası aparılır. Şəhər sakinlərinin və qonaqların rahat istirahətinin təmin edilməsi məqsədilə abadlıq tədbirləri ardıcıl şəkildə davam etdirilir.

Şəhər rəhbəri həmçinin sakinlərlə görüşərək onlarla səmimi söhbət aparıb, müraciət və təkliflərini dinləyib.

Keçidlər