Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov şəhid ailələrinin müraciətlərini dinləyib

27 oktyabr 2026 | 16:57

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid ailələri ilə görüşərək onların müraciətlərini fərdi qaydada dinləyib.

Müraciətlər əsasən işlə təminat, mənzil növbəliliyi, şəhidlərin adlarının əbədiləşdirilməsi və digər məsələlərlə bağlı olub.

Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinə müvafiq araşdırmalar aparılması və problemlərin həlli istiqamətində lazımi tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.

Qəbulda iştirak edən şəhid ailələri və müharibə iştirakçıları onlara göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər