Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov şəhid ailəsini ziyarət edib

24 noyabr 2026 | 16:31

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid Hümbətov Ruslan Səlim oğlunun anası Aminə Hümbətovanı səhhətində yaranmış problemlə əlaqədar ziyarət edib.

Görüş zamanı şəhər rəhbəri şəhid anasının səhhəti ilə maraqlanıb, müalicəsi ilə bağlı zəruri tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib. Eyni zamanda, şəhid ailəsinin müraciət və təkliflərini dinləyərək qaldırılan məsələlərin diqqətdə saxlanılacağını bildirib.

Şəhid Ruslan Hümbətovun ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Hümbətov Ruslan Səlim oğlu 5 oktyabr 2020-ci il tarixində Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. 7 oktyabr 2020-ci ildə Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib. O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

 

Keçidlər