Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov şəhid anası Brilliant Əsgərova ilə görüşüb

09 yanvar 2024 | 15:43

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Vətən müharibəsi şəhidi Hacı Rauf Əsgərovun anası Brilliant Əsgərovanı qəbul edib.
Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin nümayəndəsi iştirak ediblər.
Niyazi Bayramov şəhid anası ilə söhbət zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, canlarını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından bəhs edib. Bildirib ki, onların sosial rifahının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi işlər həyata keçirilir.
Görüş zamanı şəhid anası Brilliant Əsgərova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adından və şəhid anaları adından dərin təşəkkürünü bildirib. Daha sonra Brilliant Əsgərova bir sıra müraciətlərini dilə gətirib.
Şəhid anasının mürəciətlərinin bəziləri yerindəcə həll olunub, digərləri isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Keçidlər