Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov şəhid atası və yaralı mülki şəxsi xəstəxanada ziyarət edib.

17 sentyabr 2022 | 08:29
Niyazi Bayramov Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribat nəticəsində yaralanan Asim Musayevi və Vətən müharibəsi şəhidi Məmmədov Elnur İsrafil oğlunun atası İsrafil Məmmədovu xəstəxanada ziyarət edib.
 
Şəhər rəhbərinə hər iki xəstənin səhhəti ilə bağlı məlumat verilib. Bildirilib ki, Asim Musayev mərmi partlayışı zamanı sol ayağından qəlpə yarası alıb. İlkin yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olmasına baxmayaraq, həkimlərin səyi nəticəsində ayağını amputasiyadan xilas etmək mümkün olub. Hazırda Asim Musayevin vəziyyəti stabildir. 
Poliorqan və xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkən şəhid atası İsrafil Məmmədovun da vəziyyətinin qənaətbəxş olduğu diqqətə çatdırılıb. 
 
Niyazi Bayramov onları ayrı-ayrılıqda ziyarət edib və şəfa diləyib. Şəhər rəhbəri onlara müvafiq köməklik göstərilməsi barədə aidiyyəti üzrə tapşırıqlar verib.
Keçidlər