Niyazi Bayramov şəhid atasını ziyarət edib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov səhhətində problem yaranan şəhid Oruc Bədəlovun atası Arif Bədəlovu evində ziyarət edib. Görüşdə Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov və Gəncə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları da iştirak ediblər.
Niyazi Bayramov şəhid atasının səhhəti ilə maraqlanıb, eyni zamanda onun müraciətini dinləyib. Şəhər rəhbəri Arif Bədəlovun müalicəsi ilə bağlı zəruri tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara tapşırıqlar verib.
Arif Bədəlov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirib.
Qeyd edək ki, şəhid Oruc Bədəlov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam rayonu, Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.






