Niyazi Bayramov şəhid Mirmuraz Cəfərovun atasının yas mərasimində olub
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 44 günlük Vətən müharibəsində şəhid olan Cəfərov Mirmuraz Mirbaba oğlunun atası Mirbaba Cəfərovun yas mərasimində iştirak edib.
Mərasimə Türkiyənin Gəncədəki vitse-konsulu Yiğit Yalın Soyal, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Gəncə Şəhər Ağsaqqallar Şurasının nümayəndələri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən universitet rektorları, idarə, müəssisə və təşkilat rəhbərləri də qatılıblar.
Rəsmilər mərhumun ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib, Allahdan səbr diləyiblər.
Xatırladaq ki, Mirmuraz Cəfərov 26 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medallar ilə təltif edilib.