Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov şəhid Orxan Əsgərovun Gəncədə keçiriləcək yas mərasiminin hazırlıq işləri ilə əlaqədar olaraq şəhidin ata evini ziyarət edib

29 yanvar 2023 | 08:47

Niyazi Bayramov şəhid Orxan Əsgərovun Gəncədə keçiriləcək yas mərasiminin hazırlıq işləri ilə əlaqədar olaraq şəhidin ata evini ziyarət edib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İrandakı Azərbaycan səfirliyinə terror hücumu zamanı şəhid olan Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun ata evində təşkil olunan yas mərasiminin hazırlıq işləri ilə yerində tanış olub. 
 
Mərasimdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri iştirak ediblər. Şəhər rəhbəri şəhidin yaxınlarına başsağlığı verib, keçiriləcək mərasimlə əlaqədar olaraq şəhidimizin ailə üzvlərinin istəyinə uyğun aidiyəti üzrə müvafiq tapşırıq və tövsiyələr edib.  
 
Məlum olduğu kimi, 27 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, səfirliyin Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovu qətlə yetirib. Gəncə şəhərindən olan şəhid Orxan Əsgərovun nəşinin bu gün axşam saatlarında İrandan Azərbaycana gətiriləcəyi gözlənilir. 
 
Qeyd edək ki, Orxan Əsgərovun Bakının Yeni Yasamal qəsəbəsindəki evində və Gəncə şəhərindəki ata evində yas mərasimləri keçirilir. Şəhid Orxan Əsgərov II Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
 
Keçidlər