Niyazi Bayramov şəhid övladları ilə birgə “Kəpəz” PFK-nın növbəti oyununu izləyib
Oktyabrın 18-də “Kəpəz” Peşəkar Futbol Klubu yenidən inşa olunan Gəncə Şəhər Stadionunda Azərbaycan Premyer Liqasının növbəti turu çərçivəsində “Zirə” PFK ilə qarşılaşıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, bələdiyyə sədrləri, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları şəhid övladları ilə birlikdə qarşılaşmanı stadiondan izləyiblər.
Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Oyundan sonra Niyazi Bayramov şəhid övladları ilə səmimi söhbət edib.
Qeyd edək ki, Gəncə Şəhər Stadionu UEFA tərəfindən 4-cü kateqoriyalı arena statusuna layiq görülüb. İki il ərzində həyata keçirilən ardıcıl və məqsədyönlü işlər nəticəsində stadion beynəlxalq tələblərə uyğunlaşdırılıb. Bu status Gəncə Şəhər Stadionuna milli komandaların oyunlarını, eləcə də UEFA-nın klub turnirləri çərçivəsində yüksək səviyyəli qarşılaşmaları qəbul etmək imkanı yaradır.






