Niyazi Bayramov SHXÇDX Gəncə şəhər İdarəsinə yeni təyin olunmuş rəislə görüşüb
14 may 2026 | 16:56
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər İdarəsinə yeni təyin olunmuş rəis, polkovnik-leytenant Ceyhun Əsədov ilə görüşüb.
Şəhər rəhbəri yeni təyinat münasibətilə Ceyhun Əsədovu təbrik edərək, ona xidməti fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Ceyhun Əsədov bundan əvvəl SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində çalışıb.






