Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov Şöhrət Qəhrəmanovla görüşüb

07 avqust 2025 | 10:21

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan struktur islahatları çərçivəsində yeni idarə və şöbələr yaradılıb. Bu islahatlar çərçivəsində Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət İdarəsi təsis edilib. Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Gəncə hərbi prokuroru, ədliyyə polkovniki Qəhrəmanov Şöhrət Qazaxəli oğlu yeni yaradılmış idarəyə rəis vəzifəsinə təyin olunub.

Bu təyinatla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Şöhrət Qəhrəmanovla görüş keçirib. Görüş zamanı Niyazi Bayramov onu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və gələcək xidməti fəaliyyətində uğurlar arzulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hüquqi islahatlar, idarəetmə sisteminin təkmilləşdirilməsi və dövlət qurumlarında şəffaflığın artırılması istiqamətində atılan addımlar bütün sahələrdə, o cümlədən hüquq-mühafizə orqanlarında müsbət nəticələr verir. Yeni struktur dəyişiklikləri də bu islahatların tərkib hissəsidir və məqsəd vətəndaş məmnunluğunun artırılması, dövlətin hüquq sisteminin daha da gücləndirilməsidir.

Şöhrət Qəhrəmanov göstərilən diqqətə görə təşəkkür edib, yeni vəzifəsində də ölkəyə və dövlətə ləyaqətlə xidmət edəcəyini bildirib.

Keçidlər