Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov SXA-nın Gəncə-Daşkəsən Regional Filialının müdiri vəzifəsini müvəqqəti icra edən Hikmət Əmiraslanovla görüşüb

03 sentyabr 2024 | 18:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən Regional Filialının müdiri vəzifəsini müvəqqəti icra edən Hikmət Əmiraslanovla görüşüb.

Tanışlıq məqsədi daşıyan və səmimi söhbət şəraitində keçən görüşdə Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətlərindən, Agentliyin regional filialında əhaliyə göstərilən xidmətlərdən söz açılıb. Hikmət Əmiraslanov qeyd edib ki, sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) Azərbaycan Respublikasının “Sosial xidmət haqqında” Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə xidmət göstərilir.

Niyazi Bayramov Hikmət Əmiraslanova əmək fəaliyyəti ilə bağlı öz tövsiyyələrini verərək, işlərində uğurlar arzulayıb.

Keçidlər