Niyazi Bayramov TECHERA şirkətinin nümayəndələri ilə görüşüb
Gəncə şəhərində ilk dəfə olaraq “REGİONAL EXPO GƏNCƏ 2026” – Sahibkarların Təqdimat Sərgisi keçiriləcək. Təhsil, strateji layihələr və konsaltinq xidmətləri sahəsində fəaliyyət göstərən TECHERA şirkəti sərginin təşkilatçısı qismində çıxış edir.
Bununla əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov TECHERA şirkətinin təsisçisi Tariyel Dövlətov və direktoru Ramil İsmayılovla görüşüb.
Görüşdə şirkətin fəaliyyəti və qarşıdan gələn sərginin təşkili ilə bağlı məsələlər müzakirə olunub. Bildirilib ki, TECHERA müxtəlif istiqamətlər üzrə təlimlər keçirir, regionlarda peşəyönümlü layihələr həyata keçirir və biznes subyektlərinə strateji dəstək xidmətləri göstərir.
Həmçinin qeyd olunub ki, sərgidə 100-dən çox müəssisənin iştirakı, məhsul və xidmətlərin təqdimatı, həmçinin sahibkarlar arasında işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur. Tədbir yeni əməkdaşlıq və investisiya imkanlarının yaradılmasına xidmət edəcək.
Niyazi Bayramov sərginin Gəncənin iqtisadi və biznes potensialının tanıdılması, sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edərək şirkət nümayəndələrinə fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda xatirə fotosu çəkdirilib.






