Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov təltif olunan polis əməkdaşlarını təbrik edib

09 noyabr 2023 | 21:04
Gəncə Şəhər Baş Polis İdarəsinin Xüsusi Təyinatlı Bölüyünün əməkdaşları manqa komandiri, polis baş serjantı Babazadə Sənan Nadir oğlu və polis baş serjantı Qurbanov Turan Nəriman oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif ediliblər.
 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təltif edilən polis əməkdaşları ilə görüşüb. Görüşdə Gəncə şəhər prokuroru Azad Qarayev və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev iştirak ediblər.
 
Şəhər rəhbəri təltif olunan polis əməkdaşlarını təbrik edib, xidmətlərində uğurlar arzulayıb.
Keçidlər