Niyazi Bayramov təqaüdə çıxan şəxsləri təltif edib
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının üç əməkdaşı – Gültəkin Qasımova, Mehriban Mikayılova və Nailə Mütəllimova yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Bununla bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əməkdaşlarla görüş keçirib.
Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının məsul əməkdaşları iştirak ediblər.
Niyazi Bayramov çıxışında hər üç əməkdaşın uzun illər ərzində dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Bildirib ki, onlar öz peşəkarlığı, məsuliyyəti və dövlətə sədaqəti ilə hər zaman seçiliblər. Qeyd edilib ki, dövlət qulluğu yalnız vəzifə deyil, eyni zamanda cəmiyyətə xidmət və vətəndaşa qarşı məsuliyyətdir. Şəhər rəhbəri göstərdikləri xidmətlərə görə onlara minnətdarlığını ifadə edib.
Niyazi Bayramov, həmçinin kollektivi qarşıdan gələn Yeni il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edərək, hər kəsə cansağlığı və uğurlar arzulayıb.
Bayram Aslanov da çıxış edərək təqaüdə göndərilən əməkdaşlara xoş arzularını çatdırıb, onlara möhkəm cansağlığı diləyib.
Sonda hər üç əməkdaşa Niyazi Bayramov və Bayram Aslanov tərəfindən “Təşəkkürnamə”lər təqdim olunub, xatirə şəkli çəkdirilib.






