Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olan tələbənin yas mərasimində iştirak edib

17 fevral 2023 | 13:51

Gəncə şəhər Cavadxan qəsəbəsində Türkiyənin cənub-şərq bölgəsində baş verən dəhşətli zəlzələdə həlak olan tələbə Şahin Vəliyevin yas mərasimi keçirilir.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Niyazi Bayramov Şahin Vəliyevin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, faciə qurbanlarına Allahdan rəhmət diləyib, yaralılara şəfa arzulayıb.
Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan tələbələr Şahin Vəliyev, Samir Quliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə birgə kirayədə yaşadıqları bina zəlzələ nəticəsində çöküb və dördü də dağıntılar altında qalaraq həlak olublar. Üzünmüddət axtarışdan sonra həlak olan tələbələrin nəşləri 14 fevral tarixində tapılaraq ailələrinə təhvil verilib.
Onu da qeyd edək ki, 6 fevral 2023-cü il tarixində Türkiyənin cənub-şərq bölgəsində 7,6 və 7,7 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət nəticəsində on minlərlə insan həlak olub, yüz minlərlə insan isə yaralanıb.

Keçidlər