Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Türkiyədə zəlzələ nəticəsində zərəçəkənlər üçün yardım toplanan məntəqədə olub

08 fevral 2023 | 20:20

 

Gəncə şəhər sakinlərinin təşəbbüsü ilə Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlər üçün humanitar yardım toplanır. Bununla əlaqədar olaraq GALAKSİ Türk Tekstil Fabrikinin anbarında yardım məntəqəsi yaradılıb. Sakinlər qardaş ölkəyə dəstək məqsədilə gün ərzində məntəqəyə yaxınlaşaraq yardımlar edirlər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri sözügedən məntəqədə olublar. Şəhər rəhbəri burada aidiyyəti üzrə öz tövsiyələrini verib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Zəlzələdən 10 vilayət zərər çəkib, minlərlə sakin həlak olub və xəsarət alıb. Qardaş ölkədə baş vermiş təbii fəlakətlə bağlı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan həlak olanların xatirəsini anmaq üçün Türkiyədə bir həftə matəm elan edib.

Keçidlər