Niyazi Bayramov Türkiyəli iş adamları ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Parıltı Halı” şirkətinin sahibləri Recep Kızılaslan və Hasan Kızılaslanla görüşüb.
Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin ölkə iqtisadiyyatına göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycanın bütün bölgələrində olduğu kimi, Gəncə şəhərinin də iqtisadi potensialı durmadan artır. Ölkənin ikinci böyük sənaye şəhərində yerli istehsalın gücləndirilməsi və iqtisadi potensialın artırılması xüsusi əhəmiyyət daşıyır. İnvestorların cəlb edilməsi, yeni istehsal müəssisələrinin açılması regionda yüngül sənayenin inkişafına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verir.
Recep Kızılaslan öz növbəsində səmimi qəbula görə şəhər rəhbərinə təşəkkür edib. O bildirib ki, hazırda müəssisədə 40-dan çox daimi işçi çalışır. “Parıltı Halı” şirkəti müasir texnologiyalarla təchiz olunmuş avadanlıqlarla fəaliyyət göstərir. İstehsal olunan xalçalar keyfiyyət və dizayn baxımından beynəlxalq standartlara cavab verir. İllik istehsal gücü 800 min kvadratmetr olan müəssisənin məhsulları yerli bazarla yanaşı, artıq xarici bazarlara da ixrac olunur.
Görüş zamanı Gəncənin sənaye potensialı, yerli istehsalın gücləndirilməsi və iqtisadi inkişafla bağlı məsələlər müzakirə olunub.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.






