Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

15 avqust 2025 | 18:39

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində Birol Akgün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla nəzakət görüşü keçirib.
Görüşdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram koordinatoru Hayrettin Özçelik və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Niyazi Bayramov qonağı salamlayaraq Gəncənin tarixi, mədəniyyəti, iqtisadi potensialı və sənaye sahələri barədə ətraflı məlumat verib. Şəhərdə 3 universitet, 3 kollec və bir sıra iri sənaye müəssisələrinin fəaliyyət göstərdiyini vurğulayıb. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “AzərAlüminium” ASC, “Gəncə Şərab - 2” zavodu, avtomobil utilizasiyası üzrə ixtisaslaşmış “SemSan” şirkəti və xalça istehsalı ilə məşğul olan “Parıltı Halı” müəssisəsi barədə məlumatlar təqdim edib.
Şəhər rəhbəri Türkiyənin Gəncədəki Baş konsulluğu ilə mövcud sıx əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edərək, qardaş ölkənin dəstəyini daim hiss etdiklərini bildirib. Görüşdə həmçinin universitetlərarası əməkdaşlığa toxunulub. Qeyd edilib ki, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Dövlət Universiteti Türkiyənin Ege və İstanbul universitetləri ilə birgə layihələr həyata keçirirlər ki, bu da ixtisaslı kadr potensialının güclənməsinə xidmət edir. TİKA-nın Gəncədə icra etdiyi layihələr də müzakirə olunub.

Keçidlər