Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş konsuluna başsağlığı verib

22 yanvar 2025 | 15:29

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopa Türkiyə Respublikasının Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.  Ziyarətdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və Aparatın məsul əməkdaşları da iştirak ediblər.

Qeyd edək ki, 21 yanvar 2025-ci il tarixində Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində güclü yanğın baş verib. Hadisə nəticəsində 76 nəfər həlak olub, 51 nəfər isə yaralanıb. Bununla əlaqədar olaraq qardaş dövlətdə matəm elan edilib.

Keçidlər