Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Türkiyənin Qafqaz Universitetinin nümayəndə heyəti ilə görüşüb

23 yanvar 2024 | 18:45

Türkiyənin Qafqaz Universitetinin nümayəndə heyəti Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Qafqaz Universitetinin rektoru Hüsnü Kapu və onun rəhbrəlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, beynəlxalq əlaqələr üzrə prorektor Engin Kılıç, Baytarlıq fakültəsinin dekanı Mete Cihan və Tibbi Mikrobiyoloji bölümünün professoru Özgür Çelebi  və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Niyazi Bayramov qonaqları salamlayaraq Gəncənin tarixi, mədəniyyəti, elm və təhsil sahələri haqqında ətraflı məlumat verib. Şəhər rəhbəri Gəncədə 3 universitet və  2 kollecin fəaliyyət göstəridyini qonaqların diqqətinə çatdırıb.  Azərbaycan Dövlət Aqrar Universitetin isə ölkənin aqrar sahəsinin inkişafında böyük rolu olduğunu vurğulayıb.

Hüsnü Kapu səmimi görüş üçün Niyazi Bayramova öz təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyət istiqamətləri, tədris olunan ixtisaslar və kadr hazırlığı üzrə aparılan işlərdən bəhs edib və ADAU ilə əməkdaşlıqda xüsusi maraq kəsb edən sahələrə toxunub.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.

Keçidlər