Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov TÜRKSOY nümayəndə heyəti ilə görüşüb

03 iyul 2026 | 18:27

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) sədr müavini Sayit Yusufla görüş keçirib. Görüşdə TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Vüqar Məmmədov, mətbuat üzrə əməkdaşı Vüqar Novruz oğlu, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Səmimi şəraitdə keçən görüşdə qonaqlara Gəncə şəhərinin zəngin tarixi-mədəni irsi, mövcud mədəniyyət müəssisələri, həyata keçirilən layihələr, həmçinin şəhərin turizm potensialı və iqtisadi inkişaf istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Gəncə qədimliklə müasirliyin vəhdətini özündə birləşdirən, regionun mühüm mədəniyyət və sənaye mərkəzlərindən biridir.

Sayit Yusuf təşkilatın fəaliyyəti barədə məlumat verərək TÜRKSOY-un əsas məqsədinin türk xalqları arasında mədəni birliyin gücləndirilməsi, ortaq mədəni irsin qorunması və beynəlxalq miqyasda tanıdılması olduğunu vurğulayıb.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, tərəflər gələcək əməkdaşlıq perspektivləri, mədəni əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Sonda xatirə şəkli çəkdirilib.

 

Keçidlər