Niyazi Bayramov Ukraynadan gələn çoxuşaqlı ailəni ziyarət edib.
11 iyun 2022 | 07:26
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Ukrayna Respublikasında hərbi əməliyyatlarla əlaqədar olaraq həmin ölkəni tərk etmiş və öhdəsində yeddi övladı olan tək ailə başçısı Vüqar Əliyevi ziyarət edib.
Ziyarət zamanı şəhər rəhbəri onların qayğıları ilə yaxından maraqlanıb və Vüqar Əliyevin işlə təminat məsələsi ilə bağlı köməklik göstərilməsi üçün müvafiq tapşırıq verib. Bununla yanaşı, icra başçısı tərəfindən ailəyə yardım edilməklə müxtəlif hədiyyələr təqdim olunub.
Vüqar Əliyev, öz növbəsində, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, ailənin xanımı Svetlana Soldatova hərbi əməliyyatlar zamanı həlak olub.