Niyazi Bayramov Ülvi Əkbərli ilə görüşüb
10 fevral 2026 | 12:54
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə şəhər icra idarəsinə yeni təyin olunmuş rəis, kiçik ədliyyə müşaviri Əkbərli Ülvi Etibar oğlu ilə görüşüb.
Söhbət zamanı qeyd olunub ki, ədliyyə orqanlarının fəaliyyəti qanunun aliliyinin təmin olunmasında, məhkəmə qərarlarının icrasında və vətəndaşların hüquq və qanuni maraqlarının müdafiəsində mühüm rol oynayır.
Görüşün sonunda Niyazi Bayramov Ülvi Ələkbərlini yeni təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.






