Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Vətən müharibəsi iştirakçısı Əli Vəliyevin yas mərasimində iştirak edib

12 yanvar 2024 | 19:06

Ötən gün 44 günlük Vətən müharibəsi iştirakçısı Vəliyev Əli Mehman oğlu vəfat edib. Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları yas mərasimində iştirak ediblər. Niyazi Bayramov mərhumun ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.
Qeyd edək ki, Əli Vəliyev Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Xocavəndin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!

Keçidlər