Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Vətən müharibəsi iştirakçısının yas mərasimində iştirak edib

23 noyabr 2023 | 14:33

Ötən gün Vətən müharibəsi iştirakçısı Əhmədov Eşqin Vaqif oğlu ürək çatışmazlığından vəfat edib. Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov,YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri yas mərasimində iştirak ediblər. Niyazi Bayramov mərhumun ailə üzvləri ilə görüşüb,  başsağlığı verib.

Eşqin Əhmədov Vətən müharibəsi dövründə Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı “medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Keçidlər