Niyazi Bayramov Vətən müharibəsi iştirakçısının yas mərasimində olub
20 fevral 2025 | 15:41
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 44 günlük Vətən müharibəsi iştirakçısı Əli Məmmədovun yas mərasimində iştirak edib. Mərasimə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və bələdiyyə sədrləri də qatılıblar.
Niyazi Bayramov mərhumun ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib, Allahdan səbr diləyib.
Qeyd edək ki, Məmmədov Əli Elxan oğlu Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.