Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Vətən müharibəsi şəhidi Vüsal Məmmədovun anım mərasimində iştirak edib

19 mart 2023 | 15:38

 

Gəncədə 44 günlük Vətən Müharibəsində şəhid olan Məmmədov Vüsal Elşən oğlunun xatirəsi anılıb. Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Aparatın məsul əməkdaşları, bələdiyyə sədrləri və idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.

Niyazi Bayramov şəhidin valideynləri və digər ailə üzvləri ilə görüşərək, onlara başsağlığı verib. Qeyd olunub ki, şəhidlər təkcə valideynləri deyil, hər bir azərbaycanlı üçün əzizdirlər. Onlar Azərbaycan tarixində, xalqımızın yaddaşında əbədi yaşayacaqlar. Azərbaycanın qəhrəmanlıq tarixinin Zəfər dolu salnaməsini yazan şəhidlər ölməzdirlər, xalqımız var olduqca onlar da yaşayacaqlar. Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan igid oğul və qızlarını heç vaxt unutmayacaq.

Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, Məmmədov Vüsal Elşən oğlu Gəncə şəhərində anadan olub, burada təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra fotoqraf kimi fəaliyyət göstərib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibənin ilk günündən könüllü olaraq cəbhəyə gedib. Füzuli və Xocavənd rayonları, həmçinin İlandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək torpaq, Vətən uğurunda şəhid olub, şəhidlik zirvəsini fəth edib. Döyüş yoldaşlarının dediklərinə görə, yaralı olduğu halda döyüşü davam etdirib, yaralı əsgər yoldaşlarının təxliyyəsində xüsusi cəsarət göstərib. Məmmədov Vüsal Elşən oğlu ölümündən sonra “Cəsur döyüşcü”, “Vətən uğrunda”, medalları ilə təltif olunub.

Keçidlər