Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov vətəndaşlarla daha bir səyyar görüş keçirib

04 aprel 2023 | 18:31

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən Gəncədə şəhər rəhbərliyi tərəfindən sakinlərlə görüşlər təşkil olunur, onların şikayət və təklifləri dinlənilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb. Gəncə şəhər Xarici Dillər Təmaüllü Gimnaziyada reallaşan görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüşdə iştirak edən şəxslərin müraciətləri tək-tək dinlənilib. Müraciətlər işlə təminat, maddi yardımın göstərilməsi və digər məsələlərdən ibarət olub.

Şəhər rəhbəri sakinləri narahat edən məsələlərin həlli istiqamətində müəyyən tapşırıqlar verib. Problemlərin bir çoxu isə yerindəcə öz həllini tapıb.

Qeyd edək ki, mütəmadi olaraq keçirilən görüşlərin əsasında vətəndaş məmnunluğu dayanır.

Keçidlər