Niyazi Bayramov vətəndaşlarla fərdi görüş keçirib
19 iyun 2025 | 14:55
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov inzibati binaya baxış keçirən zaman Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektoruna gələn sakinlərlə birbaşa görüşərək onları fərdi qaydada dinləyib.
Niyazi Bayramov hər bir vətəndaşı diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı yerindəcə müvafiq tapşırıqlar verib.
Görüş zamanı sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






