Niyazi Bayramov “Veteran Tankçılar” İB-nin sədri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Veteran Tankçılar” İctimai Birliyinin sədri Hacı Əzimovla görüşüb. Görüşdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman Baş İdarəsinin rəisi və Gəncə Şəhər icra Hakimyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini əldə rəhbər tutan təhsil müəssisələri, təhsil işçiləri, eləcə də əsas fəaliyyəti gənclərlə iş olan digər dövlət müəssisələri və İctimai Birliklərlər vətənpərvərlik hissinin gənclərə aşılanmasına diqqət yetirirlər. Məhz bu diqqətin nəticəsidir ki, Ali Baş Komandanın rəhbərliyi və Rəşadətli Ordumuzun gücü ilə işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olunub.
Hacı Əzimov səmimi görüş üçün şəhər rəhbərinə təşəkkürünü bildirib. O, sədrlik etdiyi İctimai Birlik haqqında və Gəncə şəhərində həyata keçiriləcək tədbirlər barədə məlumat verib.