Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov V.Veysəlov adına 30 nömrəli tam orta məktəbdə vətəndaşlarla görüşüb

16 aprel 2024 | 18:30

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə səyyar görüş keçirib. V.Veysəlov adına 30 nömrəli tam orta məktəbdə keçirilən görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşlarlı, bələdiyyə sədrləri, həmçinin idarə və müəssisə rəhbərləri iştirak ediblər.

Görüşdən əvvəl qonaqlar təhsil müəssisənin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş löhvəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Müraciətlər arasında işlə təminat, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi, maddi yardım və sair məsələlər üstünlük təşkil edib. Dilə gətirilən əksər məsələlər yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq, qanuna uyğun formada aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər bundan sonra da davam etdiriləcəkdir.

Görüşdən sonra Niyazi Bayramov V.Veysəlov adına 30 nömrəli tam orta məktəbin 11A sinfində təhsil alan və bu il buraxılış imtahanında 300 bal toplayaraq yüksək nəticə əldə edən Əhmədova Nəzrin Ramin qızı ilə görüşüb. Şəhər rəhbəri məktəblini təbrik edib, ona qarşıdan gələn qəbul imtahanlarında uğurlar arzulayıb.  

 

Keçidlər