Niyazi Bayramov Xan Bağında abadlıq işləri ilə bağlı tapşırıqlar verib
02 noyabr 2026 | 22:00
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Xan Bağı istirahət guşəsində olub.
Şəhər rəhbəri ərazidə mövcud vəziyyətlə tanış olub, istirahət məkanında aparılması nəzərdə tutulan abadlıq və quruculuq işləri ilə bağlı müvafiq tapşırıqlar verib.
Bildirilib ki, şəhərin tarixi və mədəni əhəmiyyət daşıyan istirahət məkanlarının qorunması, ərazinin daha da abadlaşdırılması, sakinlərin və şəhər qonaqlarının rahat istirahətinin təmin olunması daim diqqət mərkəzində saxlanılmalıdır.






