Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov yanğın hadisəsi baş vermiş xəstəxanada olub

26 aprel 2023 | 15:05

26 Aprel 2023-cü il tarixində TƏBİB-in tabeliyindəki “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin nəzdində olan Abbas Səhhət adına xəstəxanada yanğın hadisəsi baş verib. Hadisə yerinə dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasının üzvləri ilə  birgə xəstəxanada olub, yanğın hadisəsi barədə yerində məlumat alıblar. Şəhər rəhbərinə məlumat verilib ki, xəstəxananın zirzəmisində yerləşən 3 ədəd elektrik şitində yanğın baş verib və tüstülənmə olub. Tüstü xəstəxana binasının 5 mərtəbəsinə də yayılıb. Hadisə yerinə 5 yanğınsöndürən avtomobil, 50 nəfər şəxsi heyət və regional idarənin xüsusi riskli xilasediciləri cəlb edilib. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. 58 nəfər xəstə və 90 nəfər xəstəxananın tibbi personalı təxliyə edilib. Hadisənin səbəbi araşdırılır.

Niyazi Bayramov baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq, təxliyə olunan xəstələrin şəhər ərazisində yerləşən digər xəstəxanalara köçürülməsi və zəruri tədbirlərin görülməsi istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verib, vəziyyətin nəzarətdə saxlanılmasınının vacibliyini diqqətə çatdırıb.

Qeyd edək ki, hadisə zamanı xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova vəfat edib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Keçidlər