Niyazi Bayramov Yaşar Ömərovla görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinə rektor təyin olunub. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Elm və təhsil nazirinin müavini İdris İsayevlə birgə rektorla görüş keçirib.
Əvvəlcə rəsmilər Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Səmimi şəraitdə keçən görüşdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkədə təhsilə göstərilən diqqət və qayğıdan, ali və orta təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə yönələn mühüm tədbirlərdən bəhs olunub.
Görüşün sonunda Niyazi Bayramov Yaşar Ömərovu təyinatı münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Yaşar Ömərov bundan əvvəl Azərbaycan Texnologiya Universitetində rektor vəzifəsini müvəqqəti icra edib.