Niyazi Bayramova Gəncə şəhərinə həsr olunan qalstuk təqdim edilib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Andrew's Ties Baku” ticarət markasının direktoru Yavər Məmmədovla görüşüb. Məlum olduğu kimi, bir müddət əvvəl “Andrew's Ties Baku” ticarət markası tərəfindən Azərbaycanın qədim şəhəri Gəncəyə həsr edilmiş qalstuk təqdim olunmuşdu. Görüş zamanı Yavər Məmmədov yeni dizaynla istehsal olunan ilk qalstuku simvolik olaraq şəhər rəhbərinə hədiyyə edib.
Niyazi Bayramova məlumat verilib ki, qalstukun dizaynı hazırlanarkən Gəncə xanlığına məxsus bayrağın elementlərindən istifadə edilib. İki rəngdə istehsal olunan qalstuk həmçinin Gəncəyə məxsus xalça naxışları ilə bəzədilib. Qalstuk 100% ipək olmaqla İtaliyalı ustalar tərəfindən istehsal edilib və əl işidir.
Qeyd edək ki, “Andrew's Ties Baku” məşhur İtalyan firması olan “Andrew's Ties” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyidir. Ticarət markası daha əvvəl “Xarıbülbül” simvolunu yaradaraq onu qalstuk üzərinə keçirib.