Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramovun növbəti səyyar qəbulu baş tutub

02 fevral 2023 | 19:34

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi şəkildə sakinlərlə görüşür, onların müraciətlərini dinləyərək, mövcud problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verir.

İcra başçısı Gəncə Tibb Kollecində şəhər sakinləri ilə görüşərək, onların qayğıları ilə maraqlanıb, şikayət və təkliflərini dinləyib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, bələdiyyə sədrlərinin iştirak etdiyi görüşdə səsləndirilən müraciətlərin bir hissəsi maddi yardımın göstərilməsi ilə bağlı olub. Müraciətlər arasında işlə təminat, şəhərin bir sıra küçələrində asfalt örtüyünün bərpası, içməli su xəttinin çəkilməsi kimi məsələlər də yer alıb.

Sakinlərin diqqətinə çatdırılıb ki, Gəncə şəhərinin içməli su və çirkab su xətlərinin yenilənməsini hədəfləyən "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi davam etdirilir. Layihəyə əsasən Gəncə şəhərində 855 km içməli, 813 km tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulur. İçməli və tullantı su şəbəkələrinin yenidən qurulması işləri mərhələli şəkildə həyata keçirilir. Gəncə şəhərinin küçə, prospekt, qəsəbə və məhəllədaxili yollarının asfaltlanması da sözügedən layihəyə paralel olaraq aparılır. Son 4 ildə su-kanalizasiya sistemlərinin çəkilişi tam başa çatan 100-ə yaxın küçədə abadlıq işləri görülmüş, 20-dən artıq küçədə təmir işləri aparılmış, 50-yə yaxın küçənin asfalt örtüyü yenilənmişdir.

İşlə bağlı müraciət edən sakinlərə ƏƏSMN yanında Gəncə-Daşkəsən Regional Məşğulluq Filialına müraciət etmələri tövsiyə olunub. Filialın səlahiyyətli nümayəndələri tərəfindən onlara vakant iş yerləri təqdim edilib, özünüməşğulluq proqramı və proqramda iştirak qaydaları barədə ətraflı məlumat verilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq həll edilməsi istiqamətində tapşırıqlar verilib.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və Aparatın digər vəzifəli şəxsləri tərəfindən keçirilən görüşlərin əsasında vətəndaş məmnunluğu dayanır. Bu cür səyyar görüşlər və qəbullar bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər