Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Çindaoda Azərbaycan Ticarət Evinin rəhbərliyi ilə görüşüb

21 aprel 2026 | 17:39

Məlum olduğu kimi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Çindao şəhərində səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti Çindaoda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin rəhbəri Vu Çianyu ilə görüşüb.

Vu Çianyu bildirib ki, bu mərkəz Azərbaycanın Çindəki səfirliyinin nəzdində fəaliyyət göstərən ticarət nümayəndəliyinin dəstəyi ilə, Çindaoda yerləşən “Çin–Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iqtisadi və ticarət əməkdaşlığı nümayiş zonası”nda yaradılıb. Burada Azərbaycana məxsus 45 növ məhsul nümayiş etdirilir, həmçinin satışı həyata keçirilir. O, Gəncə şəhərinə aid məhsulların da Ticarət Evində təmsil olunmasının əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə önəm verildiyini qeyd edib.

Niyazi Bayramov görüş zamanı Gəncənin iqtisadi potensialından bəhs edərək bildirib ki, Azərbaycanın ikinci ən böyük sənaye şəhəri olan Gəncədə yerli istehsalın ixracının genişləndirilməsi istiqamətində mühüm işlər görülür. İcra başçısı şəhərdə fəaliyyət göstərən müəssisəslərin məhsullarını təqdim edərək, onların beynəlxalq bazarlarda, o cümlədən Çin bazarında tanıdılmasının və təşviqinin əhəmiyyətini vurğulayıb.

Görüş ikitərəfli əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.

Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin deputatı, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev, eləcə də Azərbaycanın Çindəki səfirliyinin əməkdaşları daxildir.

Keçidlər