Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramovun vətəndaşlarla növbəti səyyar qəbulu

07 noyabr 2023 | 19:29

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 7 nömrəli tam orta məktəbdə növbəti dəfə vətəndaşlarla görüşüb. Görüşdən əvvəl təhsil müəssisəsinin şəhid məzunlarının xatirəsinə yaradılan güşə ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Qəbulda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəsisə, təşkilat rəhbərləri iştirak ediblər.

Niyazi Bayramov sakinləri qarşıdan gələn 8 Noyabr-Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edərək, bu şanlı Zəfərin qazanılmasında  Ali Baş Komandan Prezident İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasətinin nəticəsi olduğunu bildirib. Şəhər rəhbəri Vətən müharibəsində canlarını qurban etmiş şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə şəfa arzulayıb.

Daha sonra şəhər sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, fərdi yaşayış evinin təmiri, mənzil növbəliliyi və digər məsələlər üstünlük təşkil edib.

Niyazi BAyramov vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.

Vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər