Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Nümayəndə heyətinin Çinə səfəri davam edir

23 aprel 2026 | 11:41

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.

Səfər çərçivəsində nümayəndə heyəti dünyanın ən möhtəşəm tarixi abidələrindən biri hesab olunan Böyük Çin səddini ziyarət edib.

Ziyarət zamanı nümayəndə heyəti səddin müxtəlif hissələrini gəzərək, onun möhtəşəm quruluşu və strateji əhəmiyyəti ilə yaxından tanış olub. Tarixi abidələrin qorunması və gələcək nəsillərə ötürülməsi beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Min illər öncəyə gedib çıxan bu möhtəşəm sədd Çin xalqının zəngin tarixi və mədəni irsinin mühüm simvollarından biridir.

Qeyd edək ki,  nümayəndə heyətinə Milli Məclisin deputatı, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev, eləcə də Azərbaycanın Çindəki səfirliyinin əməkdaşları daxildir.

Keçidlər