Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Özbəkistan Respublikasının Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Gəncədə olub

22 iyul 2026 | 16:49

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə ölkəmizdə işgüzar səfərdə olan Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti səfər proqramı çərçivəsində Gəncə şəhərinə gəlib.

Nümayəndə heyəti əvvəlcə Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsinə ucaldılmış Memorial Kompleksi ziyarət edib.

Qonaqlara Gəncə şəhərinə qarşı həyata keçirilmiş raket hücumları, dinc əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin ağır nəticələri, habelə həlak olmuş mülki şəxslərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Qonaqlar həmçinin, Gəncənin zəngin tarixi və mədəni irsini əks etdirən Şah Abbas Cümə məscidini, İmamzadə dini kompleksini və dahi Azərbaycan şairi Nizami Gəncəvinin Məqbərəsini ziyarət ediblər.

Səfər zamanı qonaqlar Gəncənin qədim tarixi, zəngin mədəni irsi və dini-mənəvi abidələri ilə də yaxından tanış olublar.

Keçidlər