Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərinin başlanmasından üç il ötür

19 sentyabr 2026 | 08:53

Bu gün, 19 sentyabr 2026-cı il, Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunması ilə nəticələnən lokal xarakterli antiterror tədbirlərinin başlanmasından üç il ötür.

2023-cü il sentyabrın 19-da başlayan və 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı, separatizmə son qoyuldu və Azərbaycanın dövlət suverenliyi tam təmin edildi.

Azərbaycan Ordusunun yüksək peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində qanunsuz hərbi mövqelər və hərbi infrastruktur zərərsizləşdirildi, strateji yüksəkliklər və əsas istiqamətlər nəzarətə götürüldü. Sentyabrın 20-də separatçı qüvvələr silahı yerə qoyaraq təslim oldular.

Antiterror tədbirlərinin başa çatması ilə Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə Azərbaycan Bayrağı ucaldıldı. Bununla Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası təmin edildi.

Bu tarixi Zəfər Vətən müharibəsində əldə olunmuş Böyük Qələbənin məntiqi davamı olmaqla yanaşı, Qarabağda yeni dövrün başlanğıcını qoydu. Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və kəndlər yenidən salınır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur.

19 Sentyabr – Azərbaycan dövlətinin suverenliyinin tam bərpa olunduğu tarixi günlərdən biri kimi xalqımızın yaddaşında əbədi yaşayacaq. 

Keçidlər