Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Qida təhlükəsizliyinin təmin edilməsinə dair müzakirələr aparılıb

07 aprel 2023 | 15:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasında qida təhülkəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqrmı”na daxil olan tədbirlərin icrası üzrə onlayn müzakirə keçirilib. Sözügedən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev də iştirak edib.
Görüşdə Dövlət Proqramına daxil olan bir sıra tədbirlərin icrası üzrə müzakirələr aparılıb. Əsasən, baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə cavab verən özəl heyvan kəsimi və satış mərkəzlərinin yaradılmasının dəstəklənməsi, heyvan kəsimi məntəqələri və ticarət obyektlərində mövcud olan qida təhlükəsizliyinə nəzarət məntəqələrinin diaqnostikasının aparılması, onların optimallaşdırılması və modernləşdirilməsi, qida təhülkəsizliyini böhran vəziyyətlərində çevik qiymətləndirmə, idarəetmə, xəbərdarlıq prosedurlarının və fövqəladə halların, böhran vəziyyətinin idarə edilməsi planının hazrılanması və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Onlayn toplantıda tədbirlərin icrası ilə bağlı ortaya çıxan bir sıra problemlərin aradan qaldırılması istiqamətində müvafiq tövsiyələr verilib.

Keçidlər