Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Qızıl və gümüş medallarla Vətənə qayıdan idmançılarımız “Zəfər tağı”nın önündə qarşılanıblar

22 dekabr 2023 | 16:35
Rusiya Federasiyasının Moskva şəhərində keçirilən Dünya Təchizatsız Poverliftinq Federasiyasının 9-cu Dünya Çempionatında birincilik, Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Uşu idman növü üzrə Avropa çempionatında ikincilik əldə edən idmançılarımız Nizami yurduna qayıdıblar. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə-Daşkəsən Resgional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Park-Kompleksində yerləşən “Zəfər Tağı”nın önündə idmançılarımızın qarşılanma mərasimi təşkil olunub.
 
Rusiya Federasiyasının Moskva şəhərində keçirilən Dünya Təchizatsız Poverliftinq Federasiyasının 9-cu Dünya Çempionatında 3 hərəkətdən toplam 867,5 kq nəticə ilə birincilik əldə edən Vüsal Ağalarov, 3 hərəkətdən toplam 485 kq toplayaraq yeniyetmələr arasında I yerə layiq görülən Orxan Mahmudov, Deadlift növündən 180 kq nəticə ilə Gənclər arasında I yer mükafatçısı Nicat Əsgərov, həmçinin Türkiyənin İstanbul şəhərində keçirilən Uşu idman növü üzrə Avropa çempionatında 56 kq çəki dərəcəsində gümüş medal qazanmış Elçin Quliyev coşğu ilə qarşılanıblar.
 
Gəncə-Daşkəsən Resgional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov və şəhərin idman ictimaiyyətinin nümayəndələri qalib idmançılarımızı tədbirk edib, uğurlarının davamlı olmasını arzulayıblar.
Keçidlər