SAĞLAM AİLƏ Tibb Mərkəzinin Gəncə filialında Radiologiya şöbəsi fəaliyyətə başlayıb
Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının nümayəndələri, həmçinin dövlət və özəl xəstəxanalardan qatılan mütəxəssislər iştirak ediblər.
Yeni Radiologiya şöbəsi rentgen, ultrasəs (USM), mammoqrafiya və kompüter tomoqrafiyası kimi ən son texnologiyalara əsaslanan avadanlıqlarla təchiz olunub. Şöbənin fəaliyyəti Gəncə və ətraf bölgələrdə yaşayan sakinlər üçün vaxtında diaqnostika, erkən aşkarlama və tibbi xidmətlərə əlçatanlıq imkanlarını artıracaq. Bu addım tibbi profilaktika mədəniyyətinin gücləndirilməsinə, xroniki xəstəliklərin daha effektiv idarə olunmasına və göstərilən xidmətlərin çeşidinin genişləndirilməsinə töhfə verəcək.
Müasir avadanlıqlar sayəsində pasiyentlər daha sürətli, dəqiq və etibarlı diaqnostika ilə təmin olunacaq, rəqəmsal arxivləşdirmə isə diaqnostika tarixçəsinin izlənməsini asanlaşdıraraq müalicə prosesinin optimallaşdırılmasına imkan verəcək.
Radiologiya şöbəsi həm fərdi müayinələr, həm də ixtisas həkimlərinin göndərişi əsasında kompleks diaqnostik paketlər təqdim edəcək. Şöbədə fəaliyyət göstərən həkim-radioloqlar beynəlxalq standartlara uyğun xidmət göstərmək üçün xüsusi təlimlərdən keçiblər.
Qeyd edək ki, 2003-cü ildən fəaliyyət göstərən SAĞLAM AİLƏ Tibb Mərkəzi ölkənin aparıcı tibb müəssisələrindən biridir və Azərbaycanda ilk və tək TÜRKAK akkreditasiyalı laboratoriyaya malikdir.






