Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Şəhər rəhbəri şəhid atasını xəstəxanada ziyarət edib

08 sentyabr 2025 | 14:07

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Vətən müharibəsi şəhidi Nicat Qasımovun atası Elşan Nəcəf oğlu Qasımovu xəstəxanada ziyarət edib.

Şəhid atası səhhətində yaranan narahatlıq səbəbindən “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin tabeliyində fəaliyyət göstərən A.Səhhət adına modul tipli xəstəxanaya yerləşdirilib. Niyazi Bayramov onun səhhəti, müayinə və müalicə prosesi ilə maraqlanıb.

Şəhər rəhbəri, həmçinin xəstəxanada müalicə olunan digər vətəndaşlarla da görüşərək onlara şəfa diləyib.

Keçidlər