Şəhərdə qanunsuz küçə ticarətinə qarşı monitorinqlər davam etdirilir
09 iyul 2025 | 17:15
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən yaradılmış işçi qrupları tərəfindən şəhərdə qanunsuz küçə ticarətinin geniş yayıldığı ərazilərdə mütəmadi reydlər keçirilir.
Ötən günlərdə Heydər Əliyev və Atatürk prospektlərində, o cümlədən M.Xələfov küçəsində qanunsuz ticarətlə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparılıb. Nəticədə bir sıra ərazilərdə səki və yol kənarlarında qurulmuş pərakəndə ticarət obyektləri yığışdırılıb.
Bununla yanaşı, xəbərdarlıq və izahedici tədbirlərə məhəl qoymayan şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə uyğun olaraq protokollar tərtib edilib.






