Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Səyyad Salahlı Gəncədə vətəndaş qəbulu keçirib

14 mart 2024 | 17:18

14 Mart 2024-cü il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən Səyyad Salahlı Gəncə şəhər Heydər Əliyev Mərkəzində vətəndaşların müraciətlərini dinləyib.

Qəbuldan əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Səyyad Salahlı Ümummilli Lider Heydər Əliyevin Mərkəzin önündə  ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Qəbulda vətəndaşların İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, dini maarifləndirmə işinin genişləndirilməsi, dini icmaların fəaliyyəti və digər məzmunlu müraciətləri dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Qeyd edək ki, görüşdə Gəncə şəhərindən və ətraf bölgələrdən olan vətəndaşlar iştirak ediblər.

 

Keçidlər