Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

"Tarixin Gəncə səhifəsi" adlı yürüş keçirilib

12 oktyabr 2023 | 16:48

12 Oktyabr 2023-cü il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, Bakı şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə "Tarixin Gəncə səhifəsi" adlı yürüş keçirilib. 

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

200-dək şagirdin iştirak etdiyi tədbirdə `Gəncə şəhər "ASAN xidmət" mərkəzinin qarşısından şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qaldığı əraziyədək yürüş həyata keçirilib.

Tədbir şagirdlərin ədəbi-bədii kompozisiyası ilə davam edib.

Qeyd edək ki, yürüşün məqsədi 2020-ci ilin oktyabr ayında Gəncə şəhərində baş verən terror hadisələrini ictimaiyyətin diqqətinə çatdırmaq, həlak olanların əziz xatirəsini yad etməkdən ibarət olub.

 

 

Keçidlər