Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə sərgi təşkil olunub

27 oktyabr 2023 | 18:48

Türkiyənin Gəncədəki Baş Konsulluğunda Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə sərgi nümayiş olunub. Sərgidə Gəncə Şəhər İcra Hakimiyyətin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Pərvin Kərimzadə, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə hər iki ölkənin Dövlət Himnləri səsləndirilib. Türkiyə Cümhuriyyətinin yaranma tarixindən, o cümlədən Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətinin inkişafından bəhs olunub.

Daha sonra Azərbaycan Respublikasının Rəssamlıq Akademiyasının 2-ci kurs tələbəsi Nəzrin Məmmədovanın “Cümhuriyyət 100 yaşında” adlı fərdi rəsm sərgisi nümayiş olunub. Yağlı boyalardan ibarət rəsm əsərlərinə Türkiyənin tarixi, o cümlədən ölkələrimiz arasında olan qardaşlıq münasibətləri həkk olunub.

Sərgi tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Keçidlər